Esmeralda

Esmeralda Xəbərlər 28-09-2018, 10:09

Eyvanlardan kəsilən paltar ipləri bloklara “köçdü”

Eyvanlardan kəsilən paltar ipləri bloklara “köçdü”
Eyvanlardan kəsilən paltar ipləri bloklara “köçdü”

Bəzi vətəndaşlar paltarlarını bloklarda qurutmaq məcburiyyəti ilə üzləşib
Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzi hissəsində yerləşən, magistral yollara baxan eyvanlardakı paltar iplərinin ləğvinə start verib. Bununla əlaqədar olaraq eyvanlardakı iplər, habelə onların bağlandığı dəmir boruların kəsilməsi təmin edilib.

Eyvanlardakı paltar iplərinin ləğvi vətəndaşları çətin vəziyyətdə qoyub. Artıq bir sıra vətəndaşlar üzləşdikləri problemi həll etmək üçün maraqlı üsula əl atıb. Belə ki, bəzi paytaxt sakinləri məcburiyyət qarşısında bu ipləri blokların daxilində quraşdırmağa başlayıb. Bu, bina daxilində adət edilməyən bir mənzərə yaratsa da, problemin bu şəkildə “həll üsulunun” hələ bir müddət öz aktuallığını qoruyacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 408 386 343 455 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.