Kənan Heydərov

Kənan Heydərov Mətbəx 28-09-2018, 15:34

Soğan mürəbbəsi yemisiniz? – HAZIRLANMA QAYDASI

Soğan mürəbbəsi yemisiniz? – HAZIRLANMA QAYDASI
Soğan mürəbbəsi yemisiniz? – HAZIRLANMA QAYDASI

Mətbəxdə fərqli ləzzətlər axtarışında olan xanımlar adət etmədiymiz meyvə və tərəvəzlərdən mürəbbələr bişirirlər. Amma Loading.Az-ın sizə təqdim edəcəyi bu mürəbbə reseptini bəlkə də ilk dəfə yoxlayacaqsınız.



Soğan mürəbbəsi


Lazım olanlar:



2 kq soğan



2 stəkan şəkər tozu



1 stəkan zeytun yağı



1 çay qaşığı duz



3 xörək qaşığı alma sirkəsi



3 ədəd mixək




Hazırlanması:



Soğanları ya əllə, ya da mətbəx robotunda kiçik şəkildə doğrayın. Qalın altı olan bir qazanın içərisində zeytun yağında soğanı öldürün və duz tökün. Soğanların rəngi şəffaflaşanda şəkər tozu əlavə edin və bir az qarışdırın. Mixək və sirkə əlavə edib, qazanın qapağı bağlayın və çox az odda bişirin. Bir boşqabın üzərinə bir çay qaşığı qədər qoyun, əgər axmırsa, demək, hazırdır.



Mürəbbə əvvəlcədən qaynadılaraq sterilizə edilən balonlara isti-isti yığılır və dərhal qapağı bağlanaraq soyuyana qədər tərs çevirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 583 628 574 514 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.