İlk plastmas avtomobil təqdim olundu

İlk plastmas avtomobil təqdim olundu
İlk plastmas avtomobil təqdim olundu

Alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş olunub. Loading.Az ICTnews-a istinadən xəbər verir ki, innovasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun hazırlanan qeyri-adi avtomobil Tokio Universitetinin alimləri və avtomobil istehsalçıları arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Məlumata görə, müxtəlif növ plastmasların tətbiqi sayəsində avtomobilin çəkisi adi maşından 40 faiz azdır. Belə xüsusiyyət enerjiyə qənaət etməyə, eləcə də elektromobillərin inkişafı üçün yeni imkanlar açmağa şərait yaradır. Bu yaxınlaradək maşınqayırmada plastmasdan istifadə onun möhkəm olmaması ilə əlaqədar qeyri-mümkün hesab edilib. Lakin alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 367 308 307 326 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.