Psixoloq nikahların kritik dövrlərini açıqladı

Psixoloq nikahların kritik dövrlərini açıqladı
Psixoloq nikahların kritik dövrlərini açıqladı

Psixoloq Azad İsazadə deyir ki, boşanmaların səbələrini təkcə mənfi əməllərdə axtarmaq doğru deyil.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a bildirib ki, nikahların kritik periodları var: “Dünya statistikasına görə o period nikahdan 3,7, 15 il sonra yarana bilər. Bu üç periodda boşanma riski çoxalır. Azərbaycandakı boşanmalar demək olar ki, dünya statistikasına yaxındır. Boşanmaların səbələrini təkcə mənfi əməllərdə axtarmaq doğru deyil. Bəzi hallarda boşanma qadını da, kişini də xilas edir. Bəzən boşanma yeganə çıxış yoludur”.

Qeyd edək ki, ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 333 347 362 316 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.