SeKeRCiK

SeKeRCiK Xəbərlər / Maraqlı 1-10-2018, 14:22

Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ layihəsi təqdim olunub

Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ layihəsi təqdim olunub
Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ layihəsi təqdim olunub

Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divar" ictimai incəsənət layihəsi təqdim olunub.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan 27-30 sentyabr tarixlərində reallaşır.

Layihədə 10-a yaxın yerli və xarici rəssam iştirak edib və "Urban Street Art" (şəhər mühitində incəsənət) janrında binanın divarları üzərində əsərlər yaradıblar. Onların arasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamlar var.

Urban-art şəhər məkanına, həyatına və mədəniyyətinə aid incəsənət növüdür. Urban-art üslubunda şəhər peyzajlarına xüsusi məhəbbət bəsləyən bir çox müasir rəssam, dizayner və hətta rejissor işləyir. Şəhər insanı heç də ruhu ovsunlayan təbiət gözəlliyi, tarixi məkanlar və landşaftdan az cəzb etmir. Çox vaxt urban-art özündə strit-art və qrafit elementlərini əks etdirir, bununla da bizi şəhər arxitekturası və şəhər üslubunun tematikası ilə ilhamlandırır, bir çox vizual incəsənət formalarını ümumiləşdirir.


















Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 297 283 287 325 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.