Netflix haqqında bilmədiklərimiz

Netflix haqqında bilmədiklərimiz


Netflix dünya tarixinin ən uğurlu və ən böyük multimedia şirkətidir. Netflix istifadəçilərinin sayı 2018-ci ildə 120 milyona çatmışdır.

Şirkət 1997-ci ilin avqust ayında Kaliforniyada Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdur. Netflixin xidmətinə o zamanlar DVD-lərin kirayəsi daxil idi. Distklər yalnız ABŞ sakinlərinə poçt vasitəsilə göndərilirdi.

Kinomanların cənnəti Netflix haqqında ən maraqlı faktları sizinlə paylaşırıq:

Netflix şirkəti Google şirkətindən 1 il böyükdür.
18 il əvvəl Netflix rəqib şirkət olan Blockbuster tərəfindən 50 milyon dollara alınmaq üzrə idi. Netflixin hazırki qiyməti isə 20 milyard dollardan yüksəkdir.
2015-ci ildə Netflix 50 ölkədə var idi. İndi isə 200-dən çox ölkədə var.
Netflix şirkətinin xidmətlərinə hələ də DVD kirayəsi daxildir.
Statistikaya görə bir Netflix istifadəçisi öz hesabında gün ərzində ən az 90 dəqiqə vaxt keçirir.
Netflix kitabxanası 1,048,576 qiqabayt həcmindədir.
Şirkətinin adı Direct Pix, Replay və ya Luna ola bilərdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
654 730 684 649 614 571

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.