CLoseYourEyeS

CLoseYourEyeS Xəbərlər 2-10-2018, 19:48

DƏHŞƏTLİ STATİSTİKA: 34 uşağın cəsədi...

DƏHŞƏTLİ STATİSTİKA: 34 uşağın cəsədi...


İndoneziyanın Sulavesi adasında dağılmış məbəddən 34 uşağın cəsədi tapılıb.

Bu barədə "The Guardian" məlumat yayıb. Məlumata görə, məbəd bir neçə gün bundan əvvəl baş vermiş zəlzələ nəticəsində dağılıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində ölənlərin sayı 1500 nəfərə yaxınlaşır. Lakin bu rəqəm də hələ son deyil. Xilasedicilər dağıntıları təmizləyirlər, ancaq texnika kifayət etmir. Məlumata görə, ölənlərin sayı arta bilər.

Bir sıra yaşayış məntəqələri yer üzündən silinib, bəzi rayonlarla hələ də əlaqə yoxdur. Onların sakinlərinin yaşayıb-yaşamaması hələ məlum deyil. Xilasedicilər və hərbçilər zərərçəkənləri təhlükə mənbəyindən təxliyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 436 467 386 407 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.