CLoseYourEyeS

CLoseYourEyeS İdman 3-10-2018, 16:15

Maradonadan Messiyə: Bir daha qayıtmai

Maradonadan Messiyə: Bir daha qayıtmai


İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Argentina yığmasına qayıtmamalıdır, çünki milli komandanın bütün uğursuzluqlarında onu ittiham edirlər. Messiyə bu məsləhəti 1986-cı ildə Argentina yığması tərkibində dünya çempionu olmuş Dieqo Maradona verib.
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında Argentina yığması 1/8 finala qədər gəlib və sonradan çempion titulunu qazanmış fransızlara 3:4 hesabı ilə məğlub olub. Çempionatdan sonra Messi yığma komandaya dəvət edilməyib. O, sentyabrda keçirilən yoldaşlıq matçlarında, İraq və Braziliya komandaları ilə oyunlarda iştirak etməyib.

“İstəyirəm ki, Messi heç kəsə məhəl qoymasın. Argentinanın dünya çempionu olmamasında onun günahı yoxdur. Bəli, bizim bütün ümidlərimiz onunla bağlı idi, lakin at yarışlarında olduğu kimi, sizin birinci olacağını gözlədiyiniz at finişə ancaq səkkizinci gəlir. Formula 1-də Sebastyan Fettelin əla maşını var idi, amma o, Lyuis Hamiltona uduzur”, - deyə Maradona bildirib.

“Bu gün Argentina yığması nə mənim üçün, nə də azarkeşlər üçün oynayır. Futbolçular insanlarda heç bir hiss doğurmur, biz bu hissləri itirmişik, Ehtirasdan məhrum olmuşuq. Argentina komandası Nikaraqua və Maltaya qarşı oynayır. Bu, belə olmamalıdır, bizim bütün nüfuzumuzu ayaqyoluna atıblar. Mən Messiyə deyirəm ki, yığmaya qayıtmasın və karyerasını milli komandada başa vurmasın. Argentinanın 15 yaşdan aşağı oyunçulardan ibarət komandası uduzanda da, “Rasinq” və “Boka Xuniors” çempionatda məğlub olanda da Messini günahlandırırlar. O, hər zaman hər şeydə günahkardır. Bəsdir, baxaq görək, yığma komanda onsuz necə bacaracaq, hansı məharəti göstərəcək”, - deyə Maradona əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 633 559 599 615 600

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.