Esmeralda

Esmeralda Xəbərlər 3-10-2018, 21:45

Enrike İqlesias azərbaycanlı gözələ qeyri-adi hədiyyə göndərdi - FOTO

Enrike İqlesias azərbaycanlı gözələ qeyri-adi hədiyyə göndərdi - FOTO


Ukraynada yaşayan azərbaycanlı model Fəridə İbrahimova ispan müğənnisi Enrike İqlesiasdan qeyri-adi hədiyyə alıb.

Loading.az xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Kiyevdə konsert verib. Konsertdən sonra “Miss Ukrayna” yarışının vitse-gözəli Fəridə İbrahimovaya “Ukraynada yaşayan ən gözəl azərbaycanlı qıza” yazısı ilə gül dəstəsi yollayıblar. F.İbrahimova hesab edir ki, gül dəstəsini ona Enrike İqlesias göndərib. Bu barədə model İnstaqramda məlumat verib. O, ispaniyalı müğənninin ona yolladığı gülün şəklini paylaşaraq təşəkkür edib:

"Sağ olun, əzizim Enrike İqlesias. Sən - mənim qəhrəmanımsan. Ümid edirəm ki, bunu sən yollamısan. Allah səni mənə çox görməsin”.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir çox Ukrayna brendlərinin üzüdür. Model həm Ukraynada keçirilən bütün həftələrin, həm də Azərbaycanda tanınmış dizaynerlərin dəfilələrində iştirak edir.

Enrike İqlesias azərbaycanlı gözələ qeyri-adi hədiyyə göndərdi - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 539 483 464 502 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.