♥Мой Мир♥

♥Мой Мир♥ Aforizm 8-06-2016, 13:30

Aforizmlər

Aforizmlər

Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir. V. İ. Lenin

Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir keyfiyyət. L. İ. Brejnev

Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. M. F. Axundzadə

Öz vətənin sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatana qədər buna kömək etmək deməkdir. V. Q. Belinski

Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Ə. H. Bəhmənyar

Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. T. V. Vilson

Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. L. Vovenarq

Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur. A. Qalan

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. M. İ. Kalinin

İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır. Simonid Keosski

Qürbət vətən ola bilməz. İ. V. Höte

Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir. Q. E. Lessinq

Vətəndən əziz heç bir şey yoxdur. Lukian

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 764 728 729 739 693

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.