Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 5-10-2018, 09:23

Bugün hava kəskin SOYUYACAQ, İLK QAR YAĞACAQ

Bugün hava kəskin SOYUYACAQ, İLK QAR YAĞACAQ
Bugün hava kəskin SOYUYACAQ, İLK QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Bölgələrdə də sabah gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək.


Derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 497 420 404 441 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.