Ruhum sənə ərmağan

Canında axan qanın, bədənin sənə əmanət
Axtarma bu dünyada, yoxdur ki, ədalət
Yaxşılığı pisliklər örtür indi nifrətlə
Zaman çarxı dönməyəcək, o verilən son nəfəsdə.
Bir evdə bir kitabxana, bir əldə ki kitab varsa
Cahil olmaz insanlar, hər kəs təhsil alsa
Elm yolunun sonuna qədər addımlasa
Gələcəyin mühəndisi ya da, bir həkim olsa.
Sevgi bütün duyğuların, sonuncu ölənidir
Darıxmaq və unutmağın acı bir kədəridir
Yanında olmaq həm nəfəsləri olmaqdır
Son anda üçcə kəlimə, ruhum sənə ərmağandır..
Yazar : Ali Məmmədli






