♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 8-06-2016, 18:30

Dünyaya gülümsə!

Dünyaya gülümsə!

Oxumaq istəmisən...amma görmüsən ki, səsin yoxdur?

Kiməsə hər şeyini vermək istəmisən...amma görmüsən ki,heç nəyin yoxdur?

Qaçmaq istəmisən...amma bir addım da yaxınlaşmısan?

Bütün qəlbindəkiləri söyləmək istəmisən...amma yalnız dinləmisən?

İncitmisən...özünü yox,sənə əziz olan birini?

Küləyin pıçıltısını dinləmisən?Onunla oynayaraq,əsas demək istədiyi sirrinə qulaq asmadan?

Okeanı görmüsən?...səni cəlb edən,sirli,sehrli!

Həm də sənə köməksiz və zəif olduğunu xatırladan...bununla bərabər həyat eşqi ilə coşduran hisslərinin ağuşunda itib batmısan?

Uçurumun lap kənarında hiss etmisən özünü?Hər şeyin itirildiyi və əldən verildiyi bir məqamda,amma təslim olmaqdan imtina edərək mübarizə aparmısan?

Ümidin üzüləndə,çətinlik qarşısında tək qalanda dua etmisənmi...amma suallarından 100 dəfə yaxşı cavablar alaraq?

O qədər sakitlik,o qədər rahatlıq hiss etmisənmi ki,kədərin və məyusluğun nə olduğunu unutmusan?

Heç uduzmusanmı...sonradan qalib gəldiyini bildiyin halda?

Bütün etdiklərinin kifayət etmədiyini bilsən də var gücünlə çalışmısanmı?

O qədər yorulmusanmı ki, yuxuya getməyə də halın olmayıb?

Bəzən gülməli hadisələri xatırlamısan...amma danışmağa kimsən olmayıb?

Başqalarına fərqi olmasa da özün dərinin həssaslığını,toxunuşunla hiss etmisənmi?

Yanında olan biri üçün darıxmısanmı?

Söz vermisənmi?And içmədən...

Ehtiras hiss etmisənmi?Şəhvət,yalan olmadan...

Sevmisənmi?Ürəyinlə,ağlınla yox...bütün varlığınla?

Sənə heç deyiblərmi ki,məhz sən!Yeganə,heç kimə bənzəməyən,əvəz olunmayan məhz sənsən!

Elə zaman gələcək ki,bütün şanslarımızı itirmiş olacağıq.Saniyələr,dəqiqələr,saatlar,günlər keçib gedəcək.Sənin zamanın da bitəndə istəyəcəksənmi ki o bir az da çox olsaydı?

Nə qədər sualına cavab ala bilmisən?Yenə də...yenə də...bu günə qədər sualların bitməyib!

Bəs nə vaxt dayanacaqsan,bu dünyanın ağrılarını,sevinclərini duyacaqsan?Onun əzablarını görürsənmi,ağrıları ilə yaşayırsanmı?Onun həyatı,maqiyası,rəngi səni heçmi maraqlandırmır?

Bunlar hamısı sənin ətrafındadır!Bu anı yaşamağı bacar!Nə dünən,nə bu gündən gec olmayaraq,sabah da yox,indi... bu an!

...içində yaşadığın an!
...hələ şansının olduğu an!
...hər şeyi dəyişməyə vaxtın varkən!
Elə et ki,son günündə heyfsilənməyəsən!
Televizoru,kompüteri,radionu,telefonu söndür.Küçəyə çıx!
Yağışın,qarın,küləyin,günəşin-vacib deyil nəyi seçirsən.

Dünyaya gülümsə!

Dünyaya gülümsə!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 666 698 585 560 617

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.