_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 6-10-2018, 16:51

Əyilə bilən telefon gələn ay təqdim edilə bilər

Əyilə bilən telefon gələn ay təqdim edilə bilər


"Samsung" şirkəti artq uzun müddətdir əyilə bilən smarton modeli üzərində çalışır.

"Korea Times" şirkətin ilk əyilə bilən smartfon modelini 7-8 noyabr tarixlərində San-Fransiskoda keçiriləcək "Samsung Təkmilləşdirmə Konfransı"nda təqdim edəcəyini iddia edib.

Tədbir şirkətin proqram təminatı strategiyasına, süni zəkaya və "əşyalar interneti" məhsullarına yönələcək.

"Korea Times" öz mənbələrinə istinadən bildirib ki, şirkət öz əyilə bilən smartfon modelini ilk dəfə məhz həmin tədbirdə göstərəcək. Məlumata əsasən smartfonun tam təqdimatı isə CES 2019 sərgisində baş tutacaq.

Qeyd edək ki, şirkətin əyilə bilən smartfon modelinin kod adının "Winner" olduğu bildirilir. Bu smartfon "Galaxy X" və ya "Galaxy F" adlandırıla bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 504 531 513 551 541

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.