_Yene_Tenha_

_Yene_Tenha_ İdman 7-10-2018, 10:18

Həbib Nurməhəmmədov qalib gəldi

Həbib Nurməhəmmədov qalib gəldi


27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov qalib gəldi

Las-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib.

Kütləvi dava H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasında xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
632 674 524 586 571 619

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.