NAZİRLİK: Dəhşətli qəzada ölənlər MKTB işçiləri olub
Daxili İşlər Nazirliyi Göygöldə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidməti istinadən xəbər verir ki, oktyabrın 6-da saat 9 radələrində Göygöl şəhərinin M.Ə.Sabir küçəsində Zurnabad kənd sakini Müşfiq Mirzəyev idarə etdiyi “JAC” markalı yük avtomobilini (mənzil kommunal təsərrüfatı birliyinə məxsus məişət tullantıları daşıyan) aşırıb. Nəticədə M.Mirzəyevin sərnişinlərindən (avtomobilin yük yerində olan) orada fəhlə işləyənlər Elman İmanov və Toğana kənd sakini Niyazi Verdiyev hadisə yerində ölüb, avtomobilin kabinəsində olan 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.