pandisim

pandisim İslam Dini 8-10-2018, 21:00

Firon niyə iman gətirmədi?

Firon niyə iman gətirmədi?



Firon özü və xanədanı Musa və Harun peyğəmbərlərin göstərdikləri möcüzələri bilə-bilə inkar etdilər. Ancaq daxilən qəti surətdə bilirdilər ki, Musa əleyhissəlam Allahın peyğəmbəridir və bu möcüzələr haqdır. Bu barədə heç bir şəkk-şübhələri yox idi.

İman gətirdikdən sonra kafir olmaq məhz budur. Halbuki, Allahın varlığı və birliyi barədə nə Fironun, nə də başqa bir şəxsin şübhəsi var idi. Lakin onlar elə bir nizam-intizam (sistem, rejim) yaratmışdılar ki, orada Apis adında bir öküz olmalı və insanlar ona sitayiş etməli idilər. Beləcə, Firon kütləni öz istədiyi kimi idarə edə biləcəkdi.

Musa peyğəmbər isə hamının azad olmağını təklif edirdi. Bu da Firona sərf etmirdi. Bir sözlə, Firon Musanın haqlı olduğunu çox yaxşı bilirdi, ancaq ona sərf etmədiyi üçün bunu inkar edirdi. Firon və ətrafındakılar bütün bunları öz zalımlıqlarına və həmişə hamıdan üstün olmaq arzularına görə etdilər. Çünki əgər Musa peyğəmbəri qəbul etsəydilər, onun dediklərini də qəbul etməli olacaqdılar. Nəticədə insanları əzib istismar edə bilməyəcəkdilər. Bu səbəbdən heç vaxt buna razı olmadılar.

Aşağıdakı Quran ayələri bu məsələni çox gözəl izah edir:

“Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. (Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!” (Nəml, 27/13-14).


Dərc etdi Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
771 772 767 701 743 714

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.