CLoseYourEyeS

CLoseYourEyeS Xəbərlər 8-10-2018, 16:49

Bakıda 2 nəfər maşının altında qalıb öldü

Bakıda 2 nəfər maşının altında qalıb öldü


Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Quliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Araz Heydərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa oktyabrın 7-də saat 3 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Pərvin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 417 375 399 395 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.