CLoseYourEyeS

CLoseYourEyeS Xəbərlər 8-10-2018, 16:51

Bakı metrosunda həyəcan - QATARLAR BOŞALDILDI

Bakı metrosunda həyəcan - QATARLAR BOŞALDILDI


Bu gün saat 11 radələrində metronun “20 Yanvar” stansiyasında problem yaşanıb.

Bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb. Məlumata görə, sərnişinlərə “20 Yanvar” stansiyasında qatarı tərk etmələri tapşırılıb. Növbəti gələn qatara isə sərnişinlərin minməsinə icazə verilməyib. Metropoliten əməkdaşları sərnişinlərə məlumat vermədikləri üçün metroda həyəcan yaşanıb.

Məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar texniki nazaslıq səbəbindən boşaldılıb:

“Saat 10:46-da “Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır “20 Yanvar” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
553 475 387 495 473 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.