Millət vəkilindən Həbib-Konor döyüşü ilə bağlı QALMAQALLI SÖZLƏR: Burada bir müsəlman...
Milli Məclisin deputatı bütün dünyanın müzakirə etdiyi Həbib-Konor döyüşü haqqında danışıb.
F. Mustafa Feysbuk səhifəsində Həbib Nurməhəmmədovun qalib gəlməsinə bütün Qafqaz və müsəlman təəssübkeşi kimi özünün də sevindiyini qeyd edib: “Həbibin qələbədən sonrakı davranışı ilə məğlub olmasına isə bu dünyada yaşayan bir bəşər övladı olaraq üzüldüm. Sözsüz ki, Həbib qəhrəmandır, qarşısındakı Mak-Qreqor kimi güclü, lakin küstah bir rəqibi çözməsi elə də asan məsələ deyildi. Unutmayaq ki, Həbibin döyüşü fiziki güc və iradə ilə bağlı idi və kimsə ondan hansısa intellektual davranış da tələb edə bilməzdi. Bununla belə, Həbib ilk təqdimatından başlayaraq özünü Xristian aləminin təmsilçisinə qarşı duran bir Müsəlman obrazında göstərirdi. Bəs bu müsəlman obrazı əlinə düşən tarixi fürsəti doğru dəyərləndirə bildimi? Təəssüf ki, dünya müsəlmanlarının əksəriyyəti kimi o da bu fürsəti boşa verdi”.

F.Mustafa bildirib ki, anlaşılan duyğulardır, mövcud Amerika-Rusiya rəqabətinin təsiri altında bir vəhşi idman yarışı keçirilir, siyasi təsirlər kifayət qədər güclü, amma bütün hallarda biznes xarakterli olsa da, yenə bir idman yarışından söhbət gedir.