Esmeralda

Esmeralda Sevgi / Hekayələr 9-10-2018, 19:28

Zəng edə bilməyəcək qədər üzsüz şəkildə aşiq qal mənə.

Zəng edə bilməyəcək qədər üzsüz şəkildə aşiq qal mənə.
Zəng edə bilməyəcək qədər üzsüz şəkildə aşiq qal mənə.

Nə istəyirəm bilirsən?
Hər hansı səmtin birində, hər hansı pilləkəndə birisi mənim parfumumdan sıxmış olsun...səndə o parfumu gözün dola-dola, qorxaraq, ciyərlərinin ta dibinə qədər çəkmiş ol. Sonra o pilləkənə otur səssizcə və saatlarca ağla. Sadəcə xatırla.
Başqa bir gün aşiq olduğunu sandığın bir insana sarılırkən qarşındakının bədən ətri ilə mənim ətrimi müqayisə etməyinin fərqinə var qəfildən. Ürəyində "Mən nə edirəm?" deyərkən, əşyalarını topla və "Evə getməm lazım." bəhanəsiylə hardaysansa ordan çıx get. Yolda yerirkən, yanlışlarını gör, xətalarını gör. Məni gör.

Televizorda bir serial və ya film seyr edərkən, o filmi mənim izləyib izləmədiyimi, bilib bilmədiyimi mərak et. Elə mərak et ki, zəng edib soruşmaq gəlsin içindən, amma zəng etmə. Zəng edə bilməyəcək qədər üzsüz şəkildə aşiq qal mənə.
Hər hansı qəzetdə bürc praqnozlarını oxurkən, mənim də bürcümü oxumağa davam et.
Yeni aldığın hər kitabı almadan öncə, "O bu kitabı almağı məsləhət bilərmiydi?" deyə düşünürkən, həyatda bəzi şeylərin nə qədər mümkünsüz olduğunu öyrən.

Günün sonunda gecə başını yastığa qoyarkən, mənim sənə öyrətdiklərimi kimlə, necə, nə uğruna istifadə etdiyini götür qoy et.
Özündən nifrət et! Ailəndən nifrət et! Birlikdə olduğun hər kəsdən nifrət et!
"Məni sev" demirəm.
Ancaq bu mahnını dinlədiyində, hər hansı nəqarətində, sinənin olduğu yerdə, bir yerlərin acısın nolar.
Biraz acısın.
Biraz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
551 494 503 525 538 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.