Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 10-10-2018, 10:30

Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib

Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib
Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib

Bakının Xətai rayonunda qız "Facebook"-a görə intihar etməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan-a rayon polis idarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 8-də səhər saat 06.00 radələrində Məhəmməd Hadi A.3 ünvanında 1996-cı il təvəllüdlü sakin böyük miqdarda dərman preparatı qəbul edib.

İlkin istintaq prosesi zamanı məlum olub ki, hadisəyə səbəb naməlum kişinin qızın fotosunu "Facebook" sosial şəbəkəsində paylaşması olub. Qız biabır olmaqdan qorxub.

Hazırda qız Toksikologiya Mərkəzində ağır vəziyyətdədir. Xətai rayonu 36-cı Polis Bölməsinin əməkdaşları baş verən hadisəni araşdırır və qızı intihar həddinə çatdıran şəxsin kimliyini müəyyən etməyə çalışırlar.

Xatırladaq ki, bu hadisə Azərbaycanda sosial şəbəkələrdə diqqətsiz davranışa görə faciə ilə nəticələnən ilk hadisə deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 472 468 414 419 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.