DeepDark

DeepDark Şeirlər 9-10-2018, 20:14

Sınmış Palitra (Bir rəssamın həyatından)

Sınmış Palitra (Bir rəssamın həyatından)
Sınmış Palitra (Bir rəssamın həyatından)



(Bir rəssamın həyatından)


O çəkir rəsmləri, sonsuz olan üfüqləri
Bir əlində palitra və üzərində rəngləri
Canlanır həm həqiqət, bir tərəfdə yalanlar
Fırça toxunur rəngə, başlanırdı həyatlar.


Sevgi dolu gözlər bu, sevinərdi hərdən bir
Şəhvət hissi deyildi, nə də ki, dərddəndir
Ruhuna bağlı eşqim, bədənlərsə mənasız
Anlamazlar bunları, nəyə gərəkdi mənasız


Daha neçə həyatlar, təsvir etdi kağızlarda
Gördükləri başqadır, xəyalındakı başqa
Sanki həyat qaranlıq deyil axı, işıq var
Gözləyəcəm o günü nə dünən nə sabah var.


Boşaldıqca fırça axır yana rənglər
Və əllər düşür yana, bu biləklər
Bu son rəsm olur artıq, bu cizgilər
Palitra sınmış və gözlərə dolur kədər.



Yazar : Ali Məmmədli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 515 473 468 504 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.