Ehmedzade

Ehmedzade Sevgi / Hekayələr 9-10-2018, 21:45

Balacam...

Balacam...
Balacam...



Eyni məhəllədə yaşayırdılar.Birinin adı Mike birinin adı isə Julie idi.Mike hər gün bir qızla gəlirdi evə.Adını heç
kim bilmirdi.Hamı onun haqqında müxtəlif şeylər danışardı, ancaq heç kim, kim oldugunu bilməzdi.Yaşıl gözlü ,əsmər bir oğlandı.Məhəllənin bütün qızları ona heyran idi.Julie isə nifrət edirdi ona .Heç kimlə danışmazdı. Sadəcə , günün bəzi vaxtlarında gəlib keçərdi məhəllədən .Bir gün Mike ilə Julie yolda qarşılaşdı.
Mike Julieyə gülümsədi. Julie təəccübləndi...Amma yənə də nifrət edirdi ona.
Julie Mikenin çox fərqli bir insan olduğunu düşünürdü... Mikenin bütün gəcə otağının işıqları yanardı.Julie yatmaq yerinə bütün gecə onun evini seyr edərdi.Julienin ondan xoşu gəlməsə də , artıq hər şeyi ilə maraqlanırdı. Bir gün başa düşdü ki , indiyə qədər özünü aldadıbmış .Ona qarşı hiss etdiyi şey sevgi imiş .O gündən sonra o evə gəlməmiş yata bilmirdi.Yanında gətirdiyi qızları qısqanırdı. Hamı onun pis insan olduğunu söyləsə də ,Julie həmişə onu müdafiə edirdi. Onunla qarşılaşmaq üçün bütün gününü qapı önündə keçirirdi... Bir gün yenə onu gördü. Mike Julieyə göz vurdu.Yanından ötəndə Julie onu çağırdı, amma " İşim var balacam"-deyib uzaqlaşdı.Julie öz-özünə mənə" balacam " demişdi.Yəni aramızdakı yaş fərqini xatırlatmışdı mənə deyirdi.Evə gedib bütün günü ağladı. Amma qərarını vermişdi.
Ona eşqimi elan edəcəkdi. Onu sevdiyini söyləməli idi ona!!! Bir gün yenə qapı önündə dayanıb yolunu gözləyirdi. Gəldiyini görəndə o da arxasınca
getdi.Evinə girdi .Bir az gözlədikdən sonra qapını döydü.Qapını açdı, " Nə lazımdır,balacam? "-dedi.Julie ona "Səni səvirəm" - dedi.Üzünə baxıb astaca gülümsədi".Hə.."-dedi yavaşca . Julie " Nə hə? " - deyə sual verdi ,heç nə demədi .Qaçaraq evindən çıxdı, otağına girib bir ay heç yerə çıxmadım. Bir gün Julie qizlarla söhbət edərkən Mikenin evinə təcili yardım maşını gəldi .Onu evindən çıxarıb təcili yardım maşınına apardılar.Hamı diqqətlə ona baxırdı.Onu Julienin yanında keçirəndə yavaşca gözünü açdı , Julieyə baxdı və " Mən də səni ,balacam. "-dedi ve gözlərini yumdu.
Julie qıpqırmızı olmuşdu.Hamı ona baxırdı. Ağlayaraq qaçmağa başladı.
Axşama qədər evə getmədi. Bütün günü ağlayayaraq küçələri gəzdi. Axşam evə gəldi.Anasıgil Mikedan danışırdılar. Sevdiyi bir qız varmış bir vaxtlar.
Ailəsi onunla evlənməsinə icazə vərmədiyi üçün qız evdən qaçıb.Küçədə tək-tənha gəzərkən küçə
avaraları onu tutub öldürürlər.O gündən sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə, evə gətirirmiş .Bu günə qədər hansı qıza könül verib sevibsə , hamısı ölüb.Son vaxtlarda da bir qızı dünyalar qədər sevirmiş . Ona görə də özünə qəsd edib, sonra xəstəxanaya zeng edib.Polislər evin divarlarında " Balacam " yazılarını tapıblar.
" Balacam ,sən də ölmə !!! " yazılıbmış bütün divarlara
Balacam , mən də səni sevdim...çox sevdim ...Başqaları kimi sən də
ölmə deyə mən öldüm...əlvida , balacam ..!



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
589 558 600 546 617 582

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.