_Yene_Tenha_

_Yene_Tenha_ İdman 11-10-2018, 10:47

Millimiz dünya çempionatında çıxışını başa vurdu

Millimiz dünya çempionatında çıxışını başa vurdu


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

F qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv II mərhələnin 4-cü oyununda da uduzub. Yığma Osaka şəhərində baş tutan görüşdə Bolqarıstan komandasına məğlub olub - 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu - 8-ci pillədə başa vurub.

Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 472 467 453 494 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.