Yenə bütün musiqilər bizə yazıldi

Elə qaranlıq oldu ki dünyam, Şam işığı səni tapmaq üçün özümü yandırdım, Ya tapa bilməsəm səni... qorxuram. Pulla ala bilməyəcəyimiz şeyləri paylaşaq gəl, Gəl sübhə qədər nağıl danışaq gəl, Gəl əzanda susaq yenə, utanaq bir-birimizdən gəl, Ya yollarımız bağlansa... qorxuram. Elə susaram səndən bir də şeir çıxmaz əllərimdən, Əllərimi də kəsib ataram bədənimdən, Ya sənli ya sənsiz bu gözlərimdə matəm, Şadlıqlarını uzaq tut məndən, nə olar, qorxuram. Bir də yollarına yaraşar sarı yarpaqlar, Bir də sərçələr əzbərləyər mahnımızı, Gəmilər də mənim tayım, küsər limandan, Kaş batam dənizdə! Sahillərdən qorxuram! Neçə il əzablardan elə xəstələnib ki ürəyim, Bədənini dərman elə gəlim, Bədənini dərman elə gəlim, Bədənini dərman elə gəlim. Canım sağlam ruhumda ağrılar, Sağalsam yazanmaram, Sağaltma məni nolar, qorxuram. Sən mənim susma səbəbim, Sən mənim ən gözəl kədərim, Səsin ən gözəl musiqi, gözlərin çəkilmiş ən gözəl kino, Ya baxdığın tərəfdə olmasam! Qorxuram! Yenə bütün musiqilər bizə yazıldi.







