CLoseYourEyeS

CLoseYourEyeS Xəbərlər 13-10-2018, 13:00

Yaponiyada evin damına meteorit qalıqları düşdü

Yaponiyada evin damına meteorit qalıqları düşdü


Yaponiyanın Ayti prefekturasının Komaki şəhərindəki yaşayış evinin üstünə meteorit qırıntıları düşüb.

TASS xəbər verir ki, hadisə vaxtı binanın içində olan sakinlər güclü zərbə səsi eşidiblər. Sonra isə evin yanında 10, 5 və 4 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar meteorit parçalarıdır. Onlar maqnit xüsusiyyətlərinə malikdir və metal əşyaları cəlb edirlər.

Yaponiyalı alimlər meteoritin nümunələrinin öyrənilməsini davam etdirmək və onun beynəlxalq reyestrdə rəsmi qeydiyyata alınması üçün sifariş hazırlamaq niyyətindədirlər. Xatırladaq ki, bir müddət əvvəl Niderlanda da yaşı 4,5 milyard il olan meteorit düşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 532 442 470 454 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.