CLoseYourEyeS

CLoseYourEyeS Xəbərlər 13-10-2018, 18:30

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub
Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub


Oktyabrın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015" Azərbaycan Pavilyonunda "Meysəri" şərablarının təqdimatı olub.

Trend istinadən bildirir ki, Milanda beynəlxalq sərgidə Azərbaycanın təbiəti və mədəniyyətinin müxtəlifliyini tanıdan pavilyon Bakıda qurulduqdan sonra burada ilk dəfə olaraq ölkəmizin yeni milli məhsulunun təqdimatının keçirilməsində də bir rəmzilik var idi.

Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda həm də bu sahədə yeni texnologiyalar tətbiq edilir. Belə ki, "Meysəri" Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.

"Meysəri" şərablarının istehsal olunduğu "Şirvan şərabları" MMC-nin üzümçülük və şərəbçılıq kompleksi avqustun 25-də açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfə verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.

Kompleks ərazisində müxtəlif üzüm sortlarından ibarət üzüm bağı salınıb. 2019-cu ildə ümumi sahəsi 200 ha olacaq üzüm bağının 40% hissəsini ağ, 60% hissəsini isə qırmızı üzüm sortları təşkil edəcək. "Şirvan şərabları" MMC "Meysəri" markası ilə - "Sədəf", "Mərcan" və "Məxməri" şərabları istehsal edir.

Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.

Qeyd edək ki, Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 500 504 483 573 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.