Serialda tanış olan məşhur azərbaycanlı cütlüyün toy tarixi bəlli oldu - FOTO
ATV kanalında yayımlanan “Vicdan haqqı” serialında tanış olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin toy tarixi məlum olub.
Məşhur cütlük bu gün “Zaurla Günaydın” verilişinin qonağı olub. Hazırda ARB kanalında yayımlanan “Uçurum” serialında tərəf müqabili olan nişanlı məşhurlar verilişdə bildirib ki, toyları noyabrın 26-a təsadüf edəcək.
Xatırladaq ki, iki ilə yaxın sevgili olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin rəsmi nikah mərasimi avqust ayında baş tutub.