Rövşən Həsənli - Xoşbəxt Olasan(Şeir) (Mp3+Video)

Rövşən Həsənli - Xoşbəxt Olasan(Şeir) (Mp3+Video)


Xoşbəxt Olasan

Mən səni sevsəm də sən sevməmisən
Başqa bir nəfərə könül vermisən
Eşitdim sən artıq daha evlisən
İndi bir arzum var Xoşbəxt olasan

Məcnundan da betər sevmişdim səni
Sən dəli divanə etmişdin məni
Heyif ki, görmədin içdən sevgimi
İndi bir arzum var Xoşbəxt olasan

Eşqindən ürəyim coşub daşardı
Gözlərim gözünə tez-tez baxardı
Sözlərim misratək şeir yazardı
İndi bir arzum var Xoşbəxt olasan

Çox vaxtı əsəbdən azarlayardın
Qısqanclıq edərdin hey danlayardın
Küsüb inciyərdin,həm ağlayardın
İndi bir arzum var Xoşbəxt olasan

Mən sənin eşqindən şair olmuşam
Gül kimi saralıb yaman solmuşam
Sevgindən alışıb elə yanmışam
İndi bir arzum var Xoşbəxt olasan

Həsrətəm yenə də o baxışlara
O qara gözlərə qaqa qaşlara
Gör məni salmısan nəcür hallara
İndi bir arzum var Xoşbəxt olasan

Rövşən məhəbbətin önündə laldır
Səni hər gün,hər an yadına saldı
Sənli arzularım yarıda qaldı
İndi bir arzum var Xoşbəxt olasan




[media=https://www.youtube.com/watch?v=3ES8yq2YQjU]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
692 699 659 641 633 654

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.