16 OKTYABR - BÜRCLƏR NƏ VƏD EDİR?

Qoç
Gün sakit keçəcək. Siz həm şəxsi, həm də işdə olan problemləri həll etməli olacaqsınız, bu da o deməkdir ki, boş vaxtınız çox az olacaq. Dostlar elə məsələlərdə yardım istəyəcəklər ki, siz imtina edə bilməyəcəksiniz. Heç nəyə baxmayaraq siz planlaşdırdığınız işləri yekunlaşdıracaqsınız və özünüz də hər şeyin alındığına təəccüblənəcəksiniz.
Qarışıqlıqdan qaçmağa çalışın. Vacib işlərin prioritetini təyin edərək bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz.
Buğa
Gündəlik işləriniz üçün sakit əlverişli gündür. Planlaşdırılmamış görüşlər mümkündür. İş danışıqları yaxşı keçir, müttəfiq və himayədar tapmaq şansı olacaq. Karyeranızla əlaqədar vacib xəbərlər almaq ehtimalı var.
İşdə boş söhbətlərdən, evdə isə çoxdan həll olunmuş problemlər və ya xoşagəlməz mövzulardan qaçın. Düşünülməmiş alış-veriş etməyin. Lazımi qədər pul xərcləməyə çalışın.
Əkizlər
İşləri tələsik görməmək vacibdir. Siz tələsəndə düzgün qərarlar verə bilmirsiniz və başqasının təsiri altına asanlıqla düşə bilirsiniz. İşdə təşəbbüs göstərmək, partnyor və həmfikirlərinizlə gələcək planlarınızı müzakirə etmək üçün uyğun gündür. Gözləmədiyiniz insanlar sizi dəstəkləyəcək.
Tanışlıqlar asandır, siz çoxlarında xoş təəssürat bağışlayırsınız. Simpatiyanız olan birisinin sizinlə maraqlanacağı istisna deyil. Keçmiş problemləri həll etmək üçün istifadə edə biləcəyiniz uğurlu təsadüflər mümkündür.
Xərçəng
Sakitliyi saxlamaq çox çətin olacaq, lakin ümumilikdə gün pis keçməyəcək. İş başqa vaxtlara nisbətən çoxdur. Həm özünüzün, həm də başqalarının problemlərini həll etmək məcburiyyətində qalacağınız istisna deyil. Xoşbəxtlikdən kömək etmək istəyənlər tapılacaq, buna gör də hər şeyi təkbaşına etməyəcəksiniz.
İşdə uğur qazanmaq mümkündür. Adi metodlarla deyil, yeni metodlarla hərəkət edin: qarşınıza qoyduğunuz məqsədlərə çatmaq belə asan olacaq. Gün iş, təhsil və ya hobbi üçün alış-verişə uyğundur.
Şir
Vacib görüşlər, xoş təəssürat bağışlamaq istədiyiniz insanlarla ünsiyyət üçün uyğun gündür. Maraqlı layihədə iştirak etmək və ya arzularınızın işini əldə etməyə kömək etmək təklifi istisna deyil. Siz cavanlarla yaxşı yola gedirsiniz, onlarla ünsiyyət sizə enerji və optimizm bəxş edir.
Daha əvvəl hazırlanmış planlarla hərəkət etmək mümkün olmayacaq. İmprovizasiya etmək, gözlənilməz hadisələrə operativ reaksiya verməyə hazır olun. Burada intuisiyanın göstərişləri çox xeyirli olacaq.
Qız
Siz kədərlənməkdənsə bəzi problemlərə göz yumacaqsınız. Çətinliklərə fikir verməmək, dünyaya optimist baxmaq əlbəttə yaxşıdır, lakin hadisələrin real dəyərləndirilməsi sizə kömək edə bilər. Öhdəliklərinizə maksimal səviyyədə ciddi yanaşmağa, daha əvvəl verdiyiniz sözləri unutmamağa çalışın. Nüfuzunuzu saxlamaq çox vacibdir, sizin dürüstlüyünüz və etibarlılığınız barədə şübhələnməyə imkan verməyin.
Ailədə dəyişikliklər mümkündür. Onlar yəqin ki, xoş olacaq. Amma yenə də müəyyən narahatlıqlar gətirəcək. Gözlənilməz xərclər istisna deyil.
Tərəzi
Əlverişli məhsuldar gündür. İş çox olacaq, lakin siz bundan narahat olmayacaqsınız. Qarışıqlıqldan qaçaraq məsələri bir-bir sakitcə həll edin. Belə gedişlə sizin planlaşdırdığınızdan daha çox iş görmək şansınız olacaq. Narahat olmağa başlasanız işlərin öhdəsindən gəlməyə bilərsiniz.
Gün qeyri-formal şərait, dost və romantik görüşlər üçün uyğundur. Sizdən küsən insanlarla yola getmək, son zamanlar gərgin olan münasibətləri yoluna qoymaq olar.
Əqrəb
Gün uğurlu olacaq. Son zamanlar sizi narahat edən problemləri tez həll etmək imkanı olacaq və siz onu qaçırmayacaqsınız. Ümumi işin uğur qazanmasında sizin kimi maraqlı olan çox nüfuzlu yeni müttəfiqlərin olacağı istisna deyil. Bu gün başlanan iş münasibətləri tezliklə romantik xarakter daşıya bilər.
Siz özünüzün nə istədiyinizi yaxşı bilirsiniz və ətrafdakıların istəklərini hiss etməyi bacarırsınız. Son zamanlar mübahisə etdiyiniz insanlarla münasibətlər yaxşılaşa bilər.
Oxatan
Siz xırdalıqlarda da ehtiyatlısınız, qərar verməyə tələsməyin və heç kimi sizi azdırmağa imkan verməyin. Ciddi səhv buraxmaq ehtimalı yoxdur, amma əvvəllər buraxdığınız səhvləri düzəldə bilərsiniz. Ailə işi və ya fəaliyyət sahəsi ilə əlaqədar maraqlı iş təklifləri mümkündür.
Şəxsi münasibətlərdə çox şey dəyişə bilər. Yüksək fikirdə olduğunuz insan barədə məyus ola bilərsiniz. Digər tərəfdən daha əvvəl darıxdıcı və cəlbedici olmayanın şanslarını dəyərləndirə bilərsiniz.
Oğlaq
Siz təxribatlara daha asan uyursunuz və lazım olmayan insanlara etibar edirsiniz. Səhər bu problemlərə və daha sonra xoş olmayan nəticələrə gətirib çıxara bilər. Bütün vacib qərarları özünüz verməyə çalışın. Əgər məsləhətin lazım olduğunu hiss edirsinizsə onda qadınlara müraciət edin; onlar sizi öz səadəti ilə təəccübləndirəcək.
Yeni tanışlıqlar, sizin maraqlarınızı və dünya baxışınızı bölüşdürən insanlarla görüşlər üçün uyğun gündür. Bəzi Oğlaqlar qohum və ya yaxın dostları ilə bağlı xoş xəbərlər alacaq.
Dolça
Gün narahat olsa da maraqlıdır. Siz tez öyrənirsiniz, yenilikləri tez qavrayırsınız, buna gör də başqa bürclərə nisbətən daha tez uğur qazanırsınız. Başqalarının təcrübəsi xeyirlidir. Hörmətinizə layiq olan insanlar və tanışlarınıza yardım üçün müraciət edə bilərsiniz.
Planlaşdırılmamış səfərlər mümkündür. Qısa zamanda yola hazırlaşmalı olacaqsınız, lakin heç nəyi nəzərdən qaçırmayacaqsınız və unutmayacaqsınız. Gözlənilməz pul mədaxili istisna deyil. Onların gəlməsi yerinə düşəcək.
Balıqlar
Sizdə çox şey yaxşı alınır. Yekunlaşdıra bilmədiyiniz işləri sonlandırmaq üçün bundan istifadə etmək lazımdır. Uğurlu iş danışıqları mümkündür. İdeyalarınıza skeptip yanaşmış insanların etibarını qazanmaq şansı olacaq.
Məişət problemlərinin həlli üçün uyğun gündür. Təmirə başlamaq, ev üçün mebel və ya texnika almaq olar, daha rahat yaşamaq üçün lazım olan işlər barədə razılaşmaq olar. Axşam gözlənilməz, lakin xoş görüşlər mümkündür.






