Uşaqlarınızı başqaları ilə müqayisə etməyin

Başqaları ilə müqayisə olunan uşaqda rəqabət hissi güclənir, və onun şəxsiyyəti yaralanır. Valideyn başqa uşaqları misal çəkdiyi zaman uşaq elə hesab edə bilər ki, ana həmin uşaqları daha çox sevir. Daha mühümü budur ki, uşaq bununla valideynin razılığını qazanmaqdan ümidini itirə bilər. Belə bir misal var: "Müqayisə nifrət doğurur.”
Körpə öz yaxınlarını avtomatik şəkildə sevə bilməz və kimsəni səbəb olmadan xoşlaya bilməz. Ehtimal olunur ki, uşağın hissləri ona qarşı olan rəftarla formalaşır. Əksər uşaqlar başqalarının ona qarşı münasibətinə həssas olurlar. Körpənin rəftarı ona qarşı edilən rəftarlara oxşardır. Əgər siz yaxınlarınızı sevirsinizsə və bu sevgi uşağa qarşı diqqətinizi azaltmırsa, uşaq da həmin şəxsləri sevəcəkdir. Təbii olaraq uşaq sizin nifrət etdiyiniz adamları xoşlamayacaqdır.
Uşaq böyüdükcə yaxınların ona marağı artır. Bu maraq bütün uşaqlarda reaksiya doğurur. Övladınızın qohumlara və yaxınlara xüsusi münasibət göstərməsinə təbii baxın. Bu xüsusi hisslər qohumluqdan doğmur, övladınızın həyatında baba və nənənin xüsusi yeri var. Onlar öz nəvələri ilə öyünür və onlara böyük məhəbbət göstərirlər. Onlar bu fikirdədirlər ki, övladları onların təcrübələrindən istifadə etməlidirlər. Hansı ki, uşağın tərbiyəsində problem yarananda yaxalarını kənara çəkib günahı ata-ananın üstünə atırlar. Nəvə üçün hər işə çalışan baba və nənə uşağı ərköyün etməkdə ittiham olunur və bu ittihamdan ləzzət alırlar. Onlar elə başa düşürlər ki, nəvələri üçün istənilən bir işi görməyə haqları var. Onlar arzusu yerinə yetirilmiş nəvənin razılığından məmnun qalırlar. Övladlarınız da, onları sevir. Bu qarşılıqlı razılıq hər birimizi narahat etsə də, özümüz baba və nənə olduqdan sonra başqa cür düşünürük. Baba və nənə də, nəvələr də şaddır. Amma ata-analar əsəbi! Amma əlindən heç bir iş gəlməyən valideyn bu qarşılıqlı sevgini qəbul etsə daha yaxşıdır.
Dərc etdi:Uğurböceyi






