Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 20-10-2018, 15:10

Azərbaycanda orta ömür həddi açıqlandı

Azərbaycanda orta ömür həddi açıqlandı
Azərbaycanda orta ömür həddi açıqlandı

Yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi olduğu halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb.

Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir:

“Əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir.

Bioloji normaya görə, yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik”.

Nazir bildirib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda, hər 1000 kişiyə 1004 qadın düşür:

“Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək.

Azərbaycanda ömür uzunluğu uzanır. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır”.


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 515 459 449 504 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.