_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 22-10-2018, 11:59

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ


Yaponiya hökuməti Facebook sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.

Yaponiya hökuməti, ilk növbədə, Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.

Bundan başqa, müvafiq komissiya sosial şəbəkədən burada qeydiyyatdan keçmiş 29 milyon istifadəçinin bu ilin sentyabrında şəxsi məlumatlarının oğurlanması səbəbini araşdırmağı tələb etmək niyyətindədir.

Qeyd edək ki, Facebook "The New York Times" qəzetində sosial şəbəkənin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə verməsi haqqında yazı dərc olunandan sonra böyük qalmaqalın mərkəzinə çevrilib. Söhbət 87 milyon istifadəçinin fərdi məlumatlarından gedir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
466 425 439 487 482 506

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.