Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 25-10-2018, 14:00

Avropada plastik qablar qadağan edildi

Avropada plastik qablar qadağan edildi
Avropada plastik qablar qadağan edildi

Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub.

Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək.

“BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır.

Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq.

Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür.


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 362 368 393 341 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.