Günay İbrahimli: "Aygünü sevirəmsə, onun cəbhəsindənəm?"

Müğənni Günay İbrahimli xalq artisti Aygün Kazımova ilə münasibətlərindən danışıb. O bildirib ki, Aygünü çox sevir və bu sevgisi qarşılıqlıdır.
Loading.Az oxu.az-a istinadən müsahibədən kiçik hissəni təqdim edir:
– Niyə sizin həmişə Röya Ayxanla düşmən olduğunuzu deyirlər? Hamı elə bilir ki, siz Aygün Kazımova cəbhəsindəsiniz. Onunla daha yaxınsınız. Səbəb, bəlkə, budur?
– Biz Röya Ayxanla küsülü deyilik, aramızda heç bir söz-söhbət olmayıb. Röya sözünü demiş, özünü təsdiqləmiş bir müğənnidir. Qaldı ki Aygün Kazımovaya... O, bir divadır. Bizim şou-biznesdə, müasir estradada yeniliklərə imza atıb, hər bir şeyi özünə yaraşdıraraq təqdim edib.
Hər kəs bilir ki, bizim münasibətimiz necədir. Aygün Kazımova ilə sevgimiz qarşılıqlıdır. O, hər zaman mənə dəstək olanlardan olub. Bunun cəbhə, qruplaşma söhbətləri ilə bağlamayın, xahiş edirəm.