Çökək hamamı haqqında

Çökək hamam - Gəncədə tarixi hamam.1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. 2003-cü ildə Mədəniyyət Nazirliyinin Bərpa idarəsi tərəfindən təmir işləri aparılıb. Hazırda binada dekorativ sənət mərkəzi yerləşir.2014-cü ildən çökək hamam Gəncədə yerləşən otellərdən birinin hamamı kimi fəaliyyət göstərir.
Yerləşir: Şah İsmayıl Xətai pr.
Aidiyyatı: Səfəvilər imperiyası
Memar: Şeyx Bahəddin Məhəmməd Amil
Tikilmə tarixi: 1606
Üslubu: Arran memarlıq məktəbi
Redakte etdi - Esmeralda






