Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 27-10-2018, 22:35

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
İstirahət günü hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Abşeron yarımadasında gecə 7-9 dərəcə gündüz 17-19 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə , gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 414 455 403 411 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.