Esmeralda

Esmeralda Xəbərlər 28-10-2018, 21:03

Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb

Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb
Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 169,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım müşahidə olunub.

Loading.az Trend-ə istinadən bildirir ki, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,9 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 456,7 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 358 401 379 338 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.