Esmeralda

Esmeralda Xəbərlər 29-10-2018, 14:54

"Eləsi hələ anadan doğulmayıb" - Aygündən Namiqə atmaca

"Eləsi hələ anadan doğulmayıb" - Aygündən Namiqə atmaca


Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub.

Müğənni Fəvvarələr meydanına gəzintiyə çıxıb. İfaçı bildirib ki, sonuncu dəfə orada 1988-ci ildə olub. Kazımova rubrikanın aparıcısı Ruslan Ağayevin 33 sualını cavablandırıb. Müğənni sevgilisindən danışıb, şəhərdə tanımadığı insanları öpüb.

Aygün "Sevgililərinizdən birinin adını açıqlayın. Qaraçuxurda eviniz olsaydı, kimə verərdiniz? Pullarınızı harada saxlayırsınız" suallarına cavab verərkən meyxanaçı Namiq Qaraçuxurluya söz atıb:

"Hamının bildiyi sevgilimin adını açıqlayım, Namiq Qaraçuxurlu... Evi kiməsə hədiyyə edərdim. Pullarımı evdə seyfdə saxlayıram".

Bir müddət əvvəl N.Qaraçuxurlu Aygünlə duet oxumaqdan imtina etdiyini açıqlamışdı. Kazımova "Aygün Kazımova ilə oxumaqdan imtina edən müğənni olub" sualına "Hələ anadan doğulmayıb" cavabını verib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
612 548 532 536 527 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.