Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 29-10-2018, 16:20

Kababını bəyənmədiyi üçün müştərini bıçaqladı - Qubada qanlı OLAY

Kababını bəyənmədiyi üçün müştərini bıçaqladı - Qubada qanlı OLAY
Kababını bəyənmədiyi üçün müştərini bıçaqladı - Qubada qanlı OLAY

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.

Kafenin kababçısı Bəhram Cəfərov müştərisi, Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnin kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmi-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

"Report"un yerli bürosu hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hərkəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb.

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Dərc etdi: Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 575 474 592 509 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.