Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi

Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi

Müğənnilər Sevil və Sevinc Səfərovaların ötən həftə təqdim etdiyi “Azəri Mashup” adlı videosu "Youtube" kanalından silinib.

Əkizlərin DJ Roşka ilə birgə layihəsi 1,3 milyon izlənilmişdi.

Yayılan xəbərə görə, klipi müğənni İradə Mehri sildirib. Buna səbəb isə bir neçə mahnının istifadə edildiyi layihədə İradənin "Yenə də" ifasından icazəsiz istifadə edilməsi olub. Klipin silinmə səbəbi isə "Youtube"də müəlliflik hüququnun pozulması göstərilib.

Qısa vaxtdan sonra isə Sevil və Sevinc bacılarının İT xidməti silinən videonu yenidən qaytarıb.

Qeyd edək ki, bundan əvvəl İradə ilə Damla arasında da bənzər qalmaqal yaşanmışdı. Damla onun "Sevmişdim" mahnısını icazəsiz repertuarına daxil etmişdi. Mehri də sözügedən ekran işini "Youtube"dən sildirib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
847 814 691 766 730 694

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.