♔Kraliça♔

♔Kraliça♔ Məsləhətlər 16-06-2016, 13:30

Saç fenlərinizi təmizləməyin üsulları

Saç fenlərinizi təmizləməyin üsulları

Saçlarımızı şəkilləndirmək, qurutmaq üçün istifadə etdiyimiz fenlərimizi təmizləmirik. Amma çox istifadədən sonra onlarda müəyyən problemlər yaranır ki, bu da saçların qırılmasına, yanmasına gətirib çıxarır. Lakin fenlərin də digər texniki vasitələr kimi təmizlənməyə ehtiyacı var. Foxy sizinlə fenlərin təmizlənməsi ilə bağlı üsulları paylaşır.

Saç qurudan fenlərin təmizliyi
Əgər saç qurutma feniniz çox qızır və yaxşı işləmirsə bunun səbəbi tıxanmış hava dəlikləridir. Bu problemi aradan qaldırmaq üçün feni söndürüb, arxadan havalandırma qapağını açıb təmizləmək lazımdır. Qapaqdakı çirkləri təmizləmək üçün qulaqçöpündən istifadə edə bilərsiniz. Geyinmədiyiniz, istifadəyə yararsız geyimləriniz də bu işdə sizə köməkçi ola bilər. Amma prosedura başlamazdan əvvəl əmin olun ki, saç qururdan fen yaş və ya nəm deyil.

Saç düzləşdirən və maşasının təmizliyi
Saçların daha sağlam və parlaq olmasını istəyirsinizə saç düzləşdirici və maşasında qalan yapışqan çirkləri mütləq təmizləyin. Bu tip fenləri təmizləmək üçünsə spirt və bez gərəklidir. Bezi spirtlə isladıb maşanın kirli hissəsini silin. Saç düzləşdirən azca isti olanda onu təmizləmək daha təsirlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 666 638 604 591 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.