"Onunla qızıma görə..." - Şəbnəm birinci ərindən danışdı

"Onunla qızıma görə..." - Şəbnəm birinci ərindən danışdı

"Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Hər şey ailə ilə bağlı birləşib. Bəlkə övlad olmasa, "salam, sağ ol" da olmazdı".

Bu sözləri müğənni Şəbnəm Tovuzlu "Bizimləsən" verilişində deyib. Sənətçi 15 yaşlı qızı Güneldən və ilk həyat yoldaşından danışıb:
"Qızım atasına çox bənzəyir. Özü ilə "salam, sağ olum" olmasa da, bilirəm ki, o, onunla nəfəs alır. Hər ikisi bir-biri ilə nəfəs alır. Onlara şərait yaratmaq mənim borcumdur.

Həyat yoldaşım da deyir ki, Günel, o, sənin atandır. Sən mənim canımsan, nə deyirsən gözüm üstə. İndiki yoldaşım artıq 5 ildir Güneli əlinin içində saxlayır. Amma o sənin yarındır. Onunla görüş də, sev də, atandır".

Qeyd edək ki, Şəbnəmin ikinci nikahından bir oğul övladı da var. İfaçı Hacı Rafiq adlı iş adamı ilə evlidir.




Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 291 325 332 307 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.