Messi həbs oluna bilər: çirkli pul yumaqda ittiham olunur

Messi həbs oluna bilər: çirkli pul yumaqda ittiham olunur
Messi həbs oluna bilər: çirkli pul yumaqda ittiham olunur

Argentinalı prokuror Pablo Turano "Barcelona" klubunun ulduz futbolçusu Lionel Messini çirkli pul yumaqda ittiham edib.

İstintaq qrupu "Leo Messi" xeyriyyə fondunun fəaliyyətini yoxlamaq istəyir. Müfəttişlər fondun çirkli pul yumaqla məşğul ola biləcəyini istisna etmirlər. Fonddan dəniz zonalarına pul köçürmələri da şübhələri artırır.

Prokuror xeyriyyə fondunun köhnə işçilərindən biri ilə söhbət etdikdən sonra Messini ittiham edib. O, layihələr üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib.

Qeyd edək ki, 2017-ci ildə də Messiyə qarşı ittiham irəli sürülmüş, o, 4,1 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılmışdı. Həmin vaxt Messi 21 ay müddətinə həbs oluna bilərdi, lakin hakim həbs cəzasını 250 min avro pul cəzası ilə dəyişdirməyi qəbul etmişdi.

mənbə: qaynarinfo

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 285 299 284 279 251

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.