Əri tərəfindən döyülən Sıla polisə ifadəsində bunları yazıb - FOTO

Əri tərəfindən döyülən Sıla polisə ifadəsində bunları yazıb - FOTO


Son günlər Türkiyədə tanınmış müğənni Sıla Gençoğlunun həyat yoldaşı tərəfindən döyülməsi geniş müzakirə edilir. Loading.az xəbər verir ki, Kanal D telekanalı müğənnini tanınmış aktyor olan həyat yoldaşı Ahmet Kural barəsində polisə şikayətini əldə edib. Sıla yazılı ərizəsində qeyd edib ki, əri onu yumruq, təpiklə döyüb və külqabını üstünə çırpmaq istəyin. Hətta o, həyat yolaşını ölümlə hədələyib. Tanınmış aktyor “Get, burdan, yoxsa, səni öldürərəm!” deyərək Sılanı təhdid edib.

Qeyd edək ki, 2 gün əvvəl Sıla xəstəxanaların birinə gedərək döyülməsi ilə bağlı həkim müayinəsindən keçib və ekspertiza rəyi alıb. O, polisə müraciət edərək ərinin cəzalandırılmasını tələb edib. Bazar ertəsi günü A.Kural polisdə hadisə ilə bağlı ifadə verəcək.

Türkiyə mətbuatında Ahmet Kuralın külqabı ilə Sılaya zərbələr endirdiyini yazmışdı.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 456 454 426 430 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.