YUĞ teatrının noyabr repertuarı

YUĞ teatrının noyabr repertuarı
YUĞ teatrının noyabr repertuarı

Azərbaycan Dövlət YUĞ Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlib.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, sənət ocağının səhnəsində noyabrın 10-da “Məhşər günü”, 11-də yeni tamaşa olan “Müəmmalı bir qətlin üç versiyası”, 17-də isə “Sonuncu” tamaşaları izləniləcək.

Bundan başqa, noyabrın 18-də “Fəna”, 24-də “Qəbir qazma üsulu”, 25-də “Təklif” tamaşaları təqdim olunacaq.

Tamaşalar müvafiq olaraq saat 19.00-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 294 266 251 257 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.