Artıq gözəllik salonuna getməyə ehtiyac qalmayacaq

Artıq gözəllik salonuna getməyə ehtiyac qalmayacaq
Artıq gözəllik salonuna getməyə ehtiyac qalmayacaq

Tayvanın informasiya texnologiyaları şirkətinin baş direktoru Saymon Şenin həyat yoldaşı ondan bütün vaxtını həsr etdiyi texnoloji layihələrin nə olduğunu soruşub.

S.Şen xanımına daim gözəl qalmağa kömək edəcək səs köməkçisi ilə təchiz edilmiş güzgünü layihələşdirdiyini deyib.


“HiMirror Mini Premium” sensor ekrana və yüksək keyfiyyətli kameraya malik planşet kimi işləyir. Qurğu sifətin əksini göstərməklə yanaşı, şəkilə real vaxt rejimində müxtəlif effektlər əlavə edə bilir. Onun “ağıllı” olmasının əsasında dəridə qırışlar, ləkələr, nahamarlıq, dəri məsamələri, sifətin xəstə görünüşü, nəmlənmə və piqmentasiya kimi vacib kosmetik qüsurların tanınması üçün yaradılmış “Skin Analysis Engine X” xüsusi xidməti dayanır. Qeydə alınmış qüsur ekranda əks olunur.

“Ağıllı” güzgünün 3 əsas vəzifəsi vardır: istifadəçinin sifətindəki kosmetik çatışmazlıqları göstərmək, onların aradan qaldırılması üçün vasitələri təklif etmək və bu qüsurları makiyajın köməyi ilə gizlətmək yollarını təqdim edir.

Bu il noyabrın 5-də satışa çıxarılacaq güzgünün qiyməti 300 ABŞ dolları təşkil edir.


Dərc Etdi: Avara_Sair

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
270 260 300 241 284 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.