amon

amon Xəbərlər 6-11-2018, 17:35

Bu marşrutlarda pulsuz "Wi-Fi" olacaq

Bu marşrutlarda pulsuz "Wi-Fi" olacaq
"Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin "BakıKart" ödəniş kartını qəbul edən bütün marşrut avtobusları ödənişsiz "Wi-Fi" xidməti ilə təmin olunacaq.

Loading.az bildirir ki, bu barədə trend-ə şirkətdən məlumat verilib.

Qeyd olunur ki, "Wi-Fi" xidməti ümumilikdə 9 marşrut üzrə hərəkət edən 164 avtobusda işə salınacaq.

Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən "Isuzu Citiport" markalı 3 avtobusda sınaq rejimində işə salınıb. Bu xidmət 52, 61, 79, 96, 135 və 199 saylı marşrut avtobuslarında tətbiq olunacaq.

Bu xidmətə qoşulmaq üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanını göstərməklə qeydiyyatdan keçmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 386 413 381 459 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.