_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 6-11-2018, 19:00

"Elm sahəsinə ayrılan vəsait çox azdır"

"Elm sahəsinə ayrılan vəsait çox azdır"
2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da, bu artım çox azdır.

Bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışanların da əməkhaqları aşağıdır və onların da maaşlarının artırılması üçün vəsait ayrılmalıdır.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də Ə.Əmiraslanovun səsləndirdiyi fikirlərlə razılaşıb: "AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait illərlə sabit qalır. Akademiya isə inkişaf edir, bu rəqəmin hər il sabit qalması imkanları məhdudlaşır. Təklif edərdim ki, Akademiyaya ayrılan vəsait artırılsın. Akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 445 484 351 421 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.